SON XƏBƏRLƏR

Sudan prezidenti Cənubi Sudanın müstəqilliyini tanıdı

2021.10.20, 07:36
Sudan prezidenti Cənubi Sudanın müstəqilliyini tanıdı

Gunaz.tv

GünAz TV: Sudan prezidenti Ömər əl-Bəşir Cənubi Sudanın müstəqilliyi ilə bağlı keçirilmiş referendumun nəticəsini tanıdığını bəyan edib.

 

o, ölkənin 2 yerə parçalanmasına dair bu ilin yanvarında keçirilmiş səsvermənin legitim (qanuni) olduğunu söyləyib.  Bu barədə Milli.Az xəbər portalı «Reuters»ə istinadən məlumat yayıb.

 

Xatırladaq ki, səsverməyə qatılmış insanların 99%-i Cənubi Sudanın müstəqilliyinə səs verib.

 

Ekspertlərin qiymətləndirməsinə görə, tərəflər arasında silahlı qarşıdurma nəticəsində indiyədək hökumət qüvvələri 2 milyonadək insanı qətlə yetirib. Bu dövrdə 4 milyonadək cənublu xarici ölkələrə qaçıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar