SON XƏBƏRLƏR

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Bakıya gəlib

2021.10.20, 07:36
Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Bakıya gəlib

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycana yeni təyin olunan səfiri Metyu Brayza Azərbaycana gəlib.

TURAN agentliyinə əsasən, Azərbaycana gələcəyi günü səbirsizliklə gözlədiyini bildirən Metyu Brayza təyinatın uzun çəkdiyi üçün üzrxahlıq edib və Bakıya yenidən ABŞ-ın səfiri kimi gəlməkdən məmnun olduğunu bildirib.

"Bu dəfə Bakıya səfir kimi gəlməkdən məmnunam. Biz ölkələrimiz arasında dostluq münasibətlərimizin gücləndirilməsini gözləyirik." - Brayza bildirib.

Qeyd edək ki, 2010-cu ilin may ayında ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyi təqdim edilmiş Metyu Brayzanı Senat təsdiq etmədi və yeni il ərəfəsində prezident Barak Obama öz sərəncamı ilə onu bir il müddətinə səfir təyin etdi.

Metyu Brayza ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli səylərinə, Qara dəniz və Xəzər dənizi regionlarında (bölgələrində) ABŞ-ın enerji siyasətinə rəhbərlik edib.

2006-2009 illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri vəzifəsində xidmət edib.

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsi 2009-cu ilin İyul ayından boş qalmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar