SON XƏBƏRLƏR

Rusiyada dərc olunan qəzet İranın Ermənistana köməyindən yazıb

2021.10.20, 07:36
Rusiyada dərc olunan qəzet İranın Ermənistana köməyindən yazıb

Gunaz.tv

GünAz TV: İranın Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdləri və ölkəmizə qarşı həyata keçirdiyi siyasət xarici mətbuatın da diqqət mərkəzindədir. 

 

Bununla bağlı Rusiyanın aparıcı mətbu orqanlarından sayılan "Nezavisimaya qazeta"da maraqlı fikirlər yer alıb. Son dövrlər Azərbaycanda İranın yeritdiyi siyasətə etirazlarının artdığına diqqət çəkən qəzet yazır: "Tehran sözdə Bakını qardaşlıq və əbədi dostluğa inandırmağa çalışsa da, Ermənistana açıq şəkildə birbaşa yardımlar göstərir, o cümlədən də İrəvana qaz təhcizatı üçün yeni kəmərin aktiv tikintisini həyata keçirir.

 

Eyni zamanda, müxtəlif humanitar-təhsil proqramları adı altında İrana göndərilən Azərbaycan vətəndaşları Tehranın dini mərkəzlərində ideoloji təsirlərə məruz qalır. Daha sonra isə ölkədə İslam idarəçiliyinin qurulmasının təbliğatçıları kimi çıxış edirlər".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar