SON XƏBƏRLƏR

İran parlamentinin üzvü Azərbaycan Hökumətini məntiqsizlikdə suçladı

2021.10.20, 07:36
İran parlamentinin üzvü Azərbaycan Hökumətini məntiqsizlikdə suçladı

Gunaz.tv

GünAz TV :İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Hüseyn Fərhəngi fevralın 4-də jurnalistlərə açıqlamasında İran-Azərbaycan münasibətlərindən danışıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  Məhəmməd Hüseyn Fərhəngi deyib ki, İran Azərbaycan Respublikası (Cümhuriyyəti) ilə hərtərəfli əlaqələri genişləndirməyin tərəfdarıdır: “İran Azərbaycan Respublikası ilə istər iqtisadi, istərsə də digər sahələrdə münasibətləri genişləndirməyə tərəfdardır. İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün çox çalışır. Lakin bu əlaqələr o zaman genişlənə bilər ki, iki ölkə arasında dostluq və səmimilik atmosferi hökm sürsün.

Biz İranın qonşuları ilə, o sıradan da Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətləri genişləndirmək niyyətindəyik. Elə buna görə də iki ölkənin hökumətləri arasında hər hansı düşmənçiliyin və küdurətin yaranmasında maraqlı deyilik. Lakin bunun gerçəkləşməsi hər iki tərəfin iradəsindən asılıdır. Ona görə də Azərbaycan Respublikasının hökuməti məntiqsiz hərəkətlərdən çəkinməlidir”.

Məhəmməd Hüseyn Fərhəngi azərbaycanlıdır. O, 1961-ci ildə Təbrizdə doğulub və İran parlamentinə də Təbrizdən deputat (millət vəkili) seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar