SON XƏBƏRLƏR

Xalq Hüsnü Mübarəklə vidalaşmağa hazırlaşır

2021.10.20, 07:36
Xalq Hüsnü Mübarəklə vidalaşmağa hazırlaşır

Gunaz.tv

GünAz TV: Minlərlə nümayişçi Prezident Hüsni Mübarəkə "vida günü" təşkil etmək üçün yenidən Misir paytaxtı Qahirədə yığışırlar.

Təhrir meydanında çoxlu əsgərlər var, onların sayı getdikcə artır. Misirdə günlərdin davam edən toqquşmalar yüzlərlə itkiyə səbəb olub.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Cənab Mübarəkə qarşı vəzifəsini tərk etməyə çağıran təzyiqlər artır, artıq ABŞ (Amerika Birləşmiş Ştatları) hakimiyyətin dərhal təhvil verilməsinə çağırıb.

Hüsni Mübarək isə deyir ki, o gedərsə Misir xaosa düçar olacaq, amma hakimiyyətdən "təngə gəldiyini" də söyləyir.

Anti-hökumət nümayişləri başlayandan ilk dəfə verdiyi müsahibəsində o, ABC News telekanalına deyib ki, həmən istefa vermək istəyərdi.

Ancaq o, özünün yoxluğunda ölkənin islamçı müxalifətinin - Müsəlman Qardaşlarının hakimiyyət boşluğunu dolduracağından narahat olduğunu deyib.

Nümayişçilər onun dərhal vəzifəsini tərk etməsini istəyirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar