SON XƏBƏRLƏR

İran televizyonu May Hadisələrindən (Xordad Hadisələri) VİDEO GÖRÜNTÜ yayıb

2021.10.20, 07:36
İran televizyonu May Hadisələrindən (Xordad Hadisələri) VİDEO GÖRÜNTÜ yayıb

Gunaz.tv

GünAzTV: İran və xüsusi ilə Güney Azərbaycanda gözlənilən növbəti etiraz dalğasını İran rejimi fərq etməkdədir.

 

Misirdə baş verən gərgin hadisələr İran rejimini təşvişə salıb. Məyz bu həssas məqamda 2006-ci il may ayındakı Təbriz yürüşləri (1385-ci il xordad qiyamı) İran telekanalında göstərilib.

 

Ekspertlərin fikrincə İran rejimi yeni etiraz dalğasının başlanmasından ehtiyatlanır və öz iqtidarı və gücünü nümayiş etdirir. Süjet (video görüntü) ekranda gedərkən şərhçi müsəlman birliyindən danışır. O etiraz yürüşündə iştirak edənlərin sayını az göstərir və onları öz iradələri ilə deyil İslam düşmənlərinin diktəsi ilə İrana qarşı etiraza çıxdıqlarını vurğulayır.

 

Rejimin verdiyi mesaj ondan ibarətdir ki, yeni etiraz dalğası başlarsa, siz xarici qüvvələrə casusluqda ittiham olub və cəzalandırılacaqsınız.

 

Xatırladaq ki, 2006-ci il may ayi hadisələri (1385-ci il xordad ayı) Güney Azərbaycanda “Milli Qiyam” kimi qiymətləndirilir. Qiyam günlərində Güney Azərbaycanın müxtəlif şəhərlərində milyonlarla insan İranın anti türk siyasətinə etiraz edib və qurtuluş şüarları səsləndiriblər. İranın silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan gənclərinin qanı tökülüb və yaralandılar. Milli  “İran” qəzetində türklərə qarşı təhqiramiz karikaturun dərc edilməsi ilə start götürdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar