SON XƏBƏRLƏR

Azərbaycan taxımları müsabiqəyə hazırlaşır

2021.10.20, 07:36
Azərbaycan taxımları müsabiqəyə hazırlaşır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanı İranın superliqa rəqabətlərində təmsil edən Təbrizin “Traxtur” və “Şəhrdari” futbol taxımları (timləri) müsabiqəyə hazırlaşırlar.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 21-ci həftəsində keçirilən müsabiqədə “Traxtur”taxımı fevralın 5-də (bəhmənin 16-i) Həmədanın “Pas” taxımı ilə qarşılaşacaq. Müsabiqə Həmədanın Qüds stadyonunda (stadyomunda) Təbriz vaxtı ilə saat 15:00-də başlanacaq.

 

Təbrizin “Şəhrdari” taxımı isə fevralın 6-da (bəhmənin 17-i) Kirmanın “Mis” taxımı ilə qarşılaşacaq. Müsabiqə Təbrizin Səhənd stadionunda (stadyomunda) yerli vaxtla saat 15:00-də baş tutacaq.

 

Yarışları GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar