SON XƏBƏRLƏR

Soydaşlarımız Ankarada İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcəklər

2021.10.20, 07:36
Soydaşlarımız Ankarada İran səfirliyi qarşısında etiraz aksiyası keçiriləcəklər

Gunaz.tv

GünAz TV: Türkiyənin paytaxtı Ankarada İran səfirliyi qarşısında azərbaycanlıların və türklərin birgə etiraz aksiyası keçiriləcək.

Bu barədə Trend-ə Türkiyənın Azərbaycanla Dayanışma Qrupundan verilən məlumatda deyilib.

Cümə günü keçirilməsi nəzərdə tutulan aksiyanın əsas məqsədi son günlərdə İranın orta məktəblərdə hicab problemini bəhanə gətirərək Azərbaycanın daxili işlərinə qarışmasına etiraz etməkdir.

 

Bununla yanaşı, İranın Azərbaycanın ərazilərini işğal edən Ermənistana dəstəyinin davam etdirilməsi və azəri türklərinə qarşı tətbiq etdiyi antidemokratik münasibətin dayandırılması tələb ediləcək. Etiraz aksiyası Türkiyə vaxtı ilə saat 10:45-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar