SON XƏBƏRLƏR

Millət vəkili Fəzail Ağamalı Güney azərbaycanlılara müraciət etdi

2021.10.20, 07:36
Millət vəkili Fəzail Ağamalı Güney azərbaycanlılara müraciət etdi

Gunaz.tv

GünAzTv: “Rast gəldiyiniz təqib, təhqir, təzyiqləri özündə ehtiva edən və konkret fakta  (açıq sübuta), arqumentə söykənən məlumatları mənə göndərin”

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Güneyli soydaşlarımıza müraciət edib. Partiyadan “Qafqazinfo”ya daxil olan müraciət mətnində bildirilir ki, İranda yaşayan soydaşlarımızın hüquqlarının fars-molla rejimi tərəfindən hər addım başı pozulmasını, Azərbaycan türklərinin tarixinin, milli mədəniyyətinin, milli-mənəvi dəyərlərinin İran rejimi tərəfindən tapdalanmasının qarşısını almaq məqsədi ilə partiya sədri Fəzail Ağamalı Güneyli soydaşlarımıza müraciət edib. Biz indi müraciətin mətnini olduğu kimi təqdim edirik:

 

“Əziz soydaşlar!

 

Sizin hüquq və azadlıqlarınızın pozulması, dilimizin, mədəniyyətimizin təhqir olunması ilə bağlı rast gəldiyiniz təqib, təhqir, təzyiqləri özündə ehtiva edən və konkret fakta, arqumentə söykənən məlumatları mənim aşağıdakı elektron ünvanıma göndərməyinizi xahiş edirəm.

Mən həmin arqument və faktlara söykənərək, yuxarıda qeyd etdiyim hallara qarşı sizinlə bərabər mübarizə aparmaq niyyətindəyəm. Əminəm ki, biz birlikdə fars-molla rejiminin İranda yaşayan türk xalqına qarşı represiyalarına, təzyiq və təhqirlərinə lazımi səviyyədə cavab verəcək və cənublu soydaşlarımızın milli istiqlalına nail olacağıq. Tanrı yardımçımız olsun.

Elektron ünvanım: [email protected]/* */”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar