SON XƏBƏRLƏR

Ankarada partlayış olub

2021.10.20, 07:36
Ankarada partlayış olub

Gunaz.tv

GünAz TV: Ankaradakı Ostim Sənaye qəsəbəsində yerləşən "Mega Center"də partlayış olub. Partlayış nəticəsində dördmərtəbəli binanın iki mərtəbəsi tamamilə çöküb.

Generator istehsal edən müəssisədəki partlayışın qaz sıxışması səbəbilə baş verdiyi güman edilir.

 

40-50 işçinin çalışdığı zavodda baş verən partlayışda çox sayda işçi yaralanıb. Ölənlərin də ola biləcəyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar