SON XƏBƏRLƏR

Kirman vilayəti təbii fəlakətlə üzləşib

2021.10.20, 07:36
Kirman vilayəti təbii fəlakətlə üzləşib

Gunaz.tv

GünAzTv: İranın cənub-şərqində yerləşən Kirman vilayətinin (ostan) Fəhrəc şəhərində sel 15 çoxmərtəbəli yaşayış binasını dağıdıb.

Fəhrəc şəhərinin başçısı Hüseyn Zeynüssalehi bildirib ki, şəhərdə və ətraf kəndlərdə suyun hündürlüyü 50 santimetrdən çoxdur. Ərazidə yerləşən 20 dən çox kəndin mərkəzlə əlaqəsi kəsilib. Xilasedici qüvvələr kəndlərə çətinliklə gedirlər. Təbii fəlakət nəticəsində körpülər və keçidlər sıradan çıxıb. Evlərə, əkin sahələrinə və yollara ciddi ziyan dəyib. Bu barədə APA “Fars” xəbər agentliyinə istinadən xəbər yayıb.

Qeyd edək ki, Kirman vilayətində 3 gün davam edən güclü yağışlar nəticəsində Rigan rayonunda 50 kənd, eləcə də Rigan şəhəri sel sularına qərq olub. 6 minə yaxın vətəndaş fəlakət bölgəsindən evakuasiya olunub (çıxarılıb). Təbii fəlakət nəticəsində vilayətə küllü miqdarda maddi ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar