SON XƏBƏRLƏR

Urmuda İki nəfər Bəhai azərbaycanlı tutuqlanıb

2021.10.20, 07:36
Urmuda İki nəfər Bəhai azərbaycanlı tutuqlanıb

Gunaz.tv

GünAz TV: İranda bəhai dininə mənsub olan azərbaycanlılar Fərhud Əqdəsi və Çingiz Dərgahi tutulub.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmu şöbəsinin əməkdaşları Fərhud Əqdəsini yanvarın 30-da, Çingiz Dərgahini isə fevralın 1-də mənzilindən aparıblar.

Hər iki azərbaycanlının evində axtarış aparılıb, onlara məxsus bir sıra şəxsi əşyalar götürülüb. Tutulan azərbaycanlıların hazırda harada saxlanması bilinmir.

Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında (Ana yasasında) rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası (Cümhuriyyəti)  bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar