SON XƏBƏRLƏR

Güney azərbaycanlılara ikili vətəndaşlıq verilə bilər

2021.10.20, 07:36
Güney azərbaycanlılara ikili vətəndaşlıq verilə bilər

Gunaz.tv

GünAzt TV: Azərbaycan dövləti Azərbaycan Cümhuriyyətində, Türkiyədə, Avropa ölkələrində və Amerikada yaşayan əslən Güney Azərbaycandan olan soydaşlarımıza ikili vətəndaşlıq statusu verə bilər.

Etibarlı mənbələrdən "Olaylar"a verilən məlumata görə, bu məsələ yaxın vaxtlarda hökumətdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, bu məsələ bir necə il bundan əvvəl gündəliyə çıxarılmışdı.

Güney azərbaycanlılara ikili vətəndaşlıq statusu verilərsə, onların Azərbaycanda yaşayıb-işləməsi üçün şərait yaradılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar