SON XƏBƏRLƏR

Avropa parlamentindən İran rəsmilərinə qarşı sanksiya tələbi

2021.10.20, 07:36
Avropa parlamentindən İran rəsmilərinə qarşı sanksiya tələbi

Gunaz.tv

GünAzTv: Avropa Parlamentinin xarici əlaqələr komitəsi İranda edamların sayının artmasına kəskin etiraz bildirib.

Avropa Parlamentinin deputatları qurumun nazirlər şurasından tələb edib ki, İrandakı edamlarda və insan hüquqlarının kobud şəkildə pozulmasında rolu olan İran İslam Respublikası (Cümhuriyyət) rəsmilərinə sanksiya (təhrim = yaptırım) qoyulması məsələsi müzakirəyə çıxarılsın.

Avropa Parlamentindəki Xalq Partiyası fraksiyasının üzvü Mixail Qahler jurnalistlərə açıqlamasında İranda insan hüquqlarının kobud şəkildə pozulmasından danışıb: “Avropa Birliyi Əhmədinejad hökumətinin üzvlərinə qarşı məqsədli sanksiyaları genişləndirməlidir. İran hökumətində mühüm vəzifələri tutan şəxslərə və digər rəsmilərə sanksiya qoyulmalıdır. İnsan hüquqlarını pozan bu şəxslərin Avropa Birliyinə səfərinə məhdudiyyətlər tətbiq edilməli, onlara viza verilməsi sərtləşdirilməli və bank hesabları dondurulmalıdır”. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar