SON XƏBƏRLƏR

Millət vəkili Fəzail Ağamalı: "İranda təhsil almağa qadağa qoyulsun"

2021.10.20, 07:36
Millət vəkili Fəzail Ağamalı: "İranda təhsil almağa qadağa qoyulsun"

Gunaz.tv

GünAz TV: “İran İslam Respublikasının (Cümhuriyyət) Azərbaycana qarşı böhtan kampaniyasının aparılmasının arxasında Azərbaycanda Konstitusiya (Ana yasa) quruluşunu devirmək və molla rejimini yaratmaqdır.

Onilliklər boyu Güney Azərbaycanda dilimizə, milli-mənəvi dəyərlərimizə, soyumuza, milli sənətimizə, milli ədəbiyyatımıza qarşı səlib yürüşü aparan, qüneyli soydaşlarımızı repressiyaların məngənəsində əzən fars şovunizm artıq son illər sistemli olaraq bütün hədləri aşaraq minlərlə soydaşımızın şəhidliyi bahasına qazandığımız istiqlalımızı və dövlətçiliyimizi təhdid etməkdə, ünvanımıza şər və böhtan atmaqdadır”.

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri dünən Milli Məclisdəki çıxışında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib. Partiya sədri deyib ki, hər addımda insan hüquqlarını pozan, orta əsrlərin cəza üsullarını təkcə düşüncələrdə deyil, həm də real həyatda yaşadan İranın molla rejimi pulla ələ aldıqları mollalarla, ayrı-ayrı din xadimləri ilə Azərbaycanda insan hüquqları haqqında moizə oxumaqdadırlar:

“Əlbəttə, İranın molla rejimi heç nəyə nail ola bilməyəcək və onların taleyini məşhur Azərbaycan filmi “Sehirli Xalat”dakı xanın taleyi və ən əsası yaxın zaman kəsiyində molla rejiminin iflası gözləyir. Təklif edirəm ki, İranda təhsil almağa qadağa qoyulsun və indiyədək orada təhsil alanların təsnifatı aparılsın, kimliyi hansı amala xidmət etdiyi müəyyənləşdirilsin. Bu birinci, ikinci isə Beynəlxalq təşkilatlarda təmsil olunan millət vəkilləri bütün görüş və yığıncaqlarda İranda güneyli soydaşlarımızın hüquqlarının pozulmasını ardıcıl və sistemli olaraq önə çəksinlər və müvafiq sənədlərin qəbuluna nail olsunlar” .

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar