SON XƏBƏRLƏR

Fars şovinizmindən daha bir nümunə

2021.10.20, 07:36
Fars şovinizmindən daha bir nümunə

Gunaz.tv

GünAz TV: İranın Güney bölgəsində yerləşən Üslüviyyədə çalışan soydaşlarımız da fars kökənli iş məsullarından cana gəliblər.

Əksəriyyəti İsfahan və Şirazdan olan məsullar azərbaycanlı türkləri Üslüviyyə layihələrindən (prujələrindən) uzaqlaşdırırlar.

 

Azərbaycanlı şirkətlər və mütəxəssislər onların iş qabiliyyətini baxılmadan işdən uzaqlaşdırılır. Məsələ o yerə çatıb ki, türkcə danışan azərbaycanlı mühəndislər belə fars kökənli şovinistlər tərəfindən işdən çıxarılır.

 

GünAzTv mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, bu xəbəri bir azərbaycanlı mühəndis bildirib. Hansı ki, öyrənci olduğu zaman Azərbaycan Milli Hərəkatına mənfi münasibətdə olub. O hətta vaxtı ilə milli fəalları separatçı adlandırarıb. Məlumata görə, soydaşımız fərqi öz gözü ilə gördüyü üçün artıq Milli Hərəkata cəlb olunub və hazırda dəyərli milli fəallardan biri kimi sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar