SON XƏBƏRLƏR

Sulduzlu şəhid Hüseyn Fəthipurun atası həbs edilib

2021.10.20, 07:36
Sulduzlu şəhid Hüseyn Fəthipurun atası həbs edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan milli şəhidlərindən olan şəhid Hüseyn Fəthipurun atası Əkbərəli Fəthipur iki gün öncə həbs edilib.

GünAzTv mətbuat mərkəzinin GAİP saytına istinadən yaydığı məlumata görə, Cənab Fəthipur Təxminən bir ay öncə trafik qəzası keçirib. Qəza bir nəfərin ölümü və 4 nəfərin yaralanması ilə nəticələnib. Məlumata görə zərərçəkənlərin ailəsi rizayət veriblər (bağışlayıblar). Ancaq buna baxmayaraq şəhid atası Əkbərəli Fəthipur həbs edilib.

 

Hazırda cənab Fəthipurun Aclıq Aksiyasına (etesabe ğəza) başladığı bildirilir.

 

Həmçinin sayın Fəthipura həbs hökmü çıxaran qazi (hakim) onun vəsiqə qarşılığında azadlığa buraxılmasına icazə verməyib.

 

Xatırladaq ki, Şəhid Hüseyn Fəthipur 2006-cı il may ayı hadisələrində  (1385-ci il , Xurdad ayı)  Sulduzda İran rejiminin silahlı qüvvələri tərəfindən Şəhid edilib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar