SON XƏBƏRLƏR

Tahir Abbas: ”İranın Azərbaycana qarşı təxribatlarının arxasında Güney Azərbaycan məsələsi durur”

2021.10.20, 07:36
Tahir Abbas: ”İranın Azərbaycana qarşı təxribatlarının arxasında Güney Azərbaycan məsələsi durur”

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Demokratik İslam Partiyasının sədri, tanınmış siyasətçi Hacı Tahir Abbasdır.

 

- Tahir bəy, bu gün İran nə üçün Azərbaycanın müstəqilliyini həzm edə bilmir?

 

- Bu gün İran Azərbaycanın müstəqilliyini və istiqlaliyyətini həzm edə bilməməsinin bir çox nədənləri var. Ən əsas səbəb isə güney Azərbaycanla bağlıdır. Onu da qeyd edim ki, İran Azərbaycana qarşı təzyiqləri artırsa, 35 milyonluq güney Azərbaycanlıların təzyiqi ilə üz-üzə qalacaqdır. Bu səbəbdən də, İran Azərbaycanın müstəqilliyini qəbul etmək istəmir. Beləki Azərbaycan Cümhuriyyəti müstəqilliyini əldə etdikdən sonra, bu amil Güneydə milli-azadlıq hərəkatına böyük təsir edib və bu amal uğrunda savaş gedir. Bu tarixi proses İranı narahat edir. Həm də sabah Güney Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, dövlətçiliyini formalaşdırması istiqamətində Azərbaycan respublikası (Cümhuriyyəti) ilə əlaqələrini quracaq. Axı, İran siyasətçiləri yaxşı bilirlər ki, Azərbaycan respublikası dərin dövlətçilik təcrübəsinə malikdir. - İran özünü müsəlmanların təəssübkeşi kimi təqdim edir, amma Azərbaycan 20 faiz torpaqlarını işğal edən Ermənistanla əlaqələrini gücləndirir. Sizcə, bu, amil islam təəssübkeşliyi ilə bir araya sığırmı?

 

- Əhmədinejad Ermənistanda olarkən, dediyi sözləri bir daha xatırtlmaq istərdim: “Farslarla və Ermənilər qan qardaşıdırlar” fikir bizi narahat etməyə bilməz. Əslində fars millətçiləri belədirlər: Farslar İranı Türksüz, Kürdsüz və Ərəbsiz qurmaq və tanıtmaq istəyirlər. Yəni, fars fanat düşüncənin əsiridirlər. Hətta din amilindən də fürsət düşdükcə istifadə edirlər. "İran farslarındır", şüarı isə farslar tərəfindən aşkarənə günü-gündən böyüyür. Əhmədinejad Sarkisiyanla əlaqələrini gücləndirməklə, əslində bu, Azərbaycana xitabən, "İran Güney Azərbaycanı əldən vermək istəmirəm." mesajını vermək istəyir. Amma Güney Azərbaycan, Azərbaycan respublikasının problemlərini düşünərək özü ayaq üstə durmağa çalışır. Buna baxmayaraq, İran Azərbaycan dövlətinin incə siyasətini gördükcə daha da qıcıqlanır.

 

- Bu gün İranda 100 minə yaxın erməni yaşayır, onların hüquqları ali səviyyədə qorunur. Amma 35 milyon Azərbaycan türkünün haqları isə qorunmur. Bu haqda nə deyə bilərsiniz?

 

- Sanki, 100 minə yaxın (heç 30 min də yoxdur) ermənilərin dil və kimlik məsələsi İranın ən vacib problemlərinə çevrilmişdir. İran Ermənilərin hüquqlarını qorumaqla balanslaşdırma siyasətini yürütmək istəyir. Əlbəttə, bu, səhv düşüncədir. İran belə ikiüzlü siyasətini dayandırmalıdır. Elə bu səbəblər üzündən, İranın bötüvlüyü dağılmaq zorundadır. İstər-istəməz İranın yanlış siyasəti nəticəsində güney Azərbaycan İrandan ayrılmalıdır. 35 milyon Azərbaycanlının dili, mədəniyyəti və kimliyi qorunmalıdır və artıq bu, məsələ ümummilli amilə çevrilib. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar