SON XƏBƏRLƏR

Milli afişalar (pusterler) iş yerinin qapadılmasına səbəb oldu

2021.10.20, 07:36
Milli afişalar (pusterler) iş yerinin qapadılmasına səbəb oldu

Gunaz.tv

GünAzTv: 2011-ci il yanvar ayının 29-da (bəhmənin 9-u) İranın Təhlükəsizlik Qüvvələri milli afişaların (pusterlərin) asıldığı Çörəkxanada yoxlama aparıblar.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, Təbrizin Razi şəhərciyində yerləşən Çörəkxanada yoxlama aparan məmurlar, iş yerinin sahibi olmadığı üçün onu Təhlükəsizlik Bölməsinə (Əmakin) çağırıblar.

 

Məmurlar Çörəkxananın yoxlanılma səbəbinidə bildiriblər. Demə ki Çörəkxanada Azərbaycanın kimliyinə aid milli afişalar və “Traxtur” futbol taxımının (Tim) loqosu var imiş.

 

Məmurlar “Traxtur”un Loqosunu və bütün afişaları divarlardan götürüb və Çörəkxananıda möhürləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar