SON XƏBƏRLƏR

Babək Xürrəmdin ləqəbli məhbus soydaşımız böyrəyini itirə bilər

2021.10.20, 07:36
Babək Xürrəmdin ləqəbli məhbus soydaşımız böyrəyini itirə bilər

Gunaz.tv

GünAzTv: Hazırda Tehranın Evin zindanında saxlanılan Veblaqçı və insan haqları müdafiəçisi Hüseyn Ronəqi (Babək Xürrəmdin) yaxın gələcəkdə böyrəyini itirə bilər.

 

GünAzTv mətbuat mərkəzinin Herana-ya istinadən yaydığı məlumata görə, baxmayaraq ki, Zindan poliklinikasının həkimləri cənab Ronəqinin böyrəklərinin birində infeksiya (üfunət) olduğuna görə ciddi müalicəyə ehtiyac olduğunu deyirlər, ancaq Tehranın Baş Prokurorluğu (dadestan) və Evin zindanının məsulları buna razılıq vermirlər. Buda məhbusun böyrəyini itirməsi ilə nəticələnə bilər.

 

Qeyd edək ki, cənab Ronəqi 2009-cu il dekabr ayının 13-də (1388-ci il azər ayının 22-i) Mələkan şəhərində SEPAHın (İran Keşikçilər Korpusu) Təhlükəsizlik Bölməsinin məmurları tərəfindən yaxalanıb və Evin zindanının SEPAH bölməsinə aparılıb.

 

Adını çəkdiyimiz soydaşımız evin zindanında 1 il müddətinə təknəfərlik kamerada saxlanılıb. O saxlanıldığı müddətdə Televizyonda müsahibə verərək etiraf etsin deyə ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

 

Tehran məhkəməsi onu İran İslam Respublikasının təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 15 il müddətinə azadlıqdan məhrum edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar