SON XƏBƏRLƏR

Bu gün Misirdə milyonların yürüşü olacaq. Qatarlar hərəkət etməyəcək, təyyarələr uçmayacaq

2021.10.20, 07:36
Bu gün Misirdə milyonların yürüşü olacaq. Qatarlar hərəkət etməyəcək, təyyarələr uçmayacaq

Gunaz.tv

GünAzTv: Misir hakimiyyəti bütün sərnişin qatarlarının hərəkətinə müvəqqəti qadağa qoyub.

Milli aviasiya xidməti “EgyptAir” isə komendant saatının (Hökumət Nizami) qüvvədə olduğu müddət üçün bütün daxili və xarici reyslərini təxirə salıb. Saat 15:00-dan 8:00-dək heç bir uçuş olmayacaq.

 

Nəqliyyatın hərəkətinə fevralın 1-nə nəzərdə tutulmuş “Milyonun marşı” aksiyasına (yürüşünə) görə məhdudiyyət qoyulub. Paytaxt Qahirədə keçirilməsi planlaşdırılan aksiyanın yeganə tələbinin prezident Hüsnü Mübarəkin istefası olacağı açıqlanıb. Aksiyaçılar prezident sarayına yürüş edəcəklərini bildiriblər.

Ölkənin ikinci böyük şəhəri olan İsgəndəriyyədə də “Milyonun marşı” aksiyasına hazırlıq gedir.

Bu arada “Reuters” yanvarın 25-dən başlayan xalq hərəkatında 138 nəfərin həlak olduğu haqda məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar