SON XƏBƏRLƏR

Əhmədinejad Əfqanıstana ötürüləcək yanacaqdan danışmayıb

2021.10.20, 07:36
Əhmədinejad Əfqanıstana ötürüləcək yanacaqdan danışmayıb

Gunaz.tv

GünAzTv: İranla Əfqanıstan arasında son zamanlar vəziyyətin gərginləşdiyi haqda xəbərlər yayılmaqdadır.

Rəsmi Tehranının informasiya vasitələrinin məlumatına əsasən, bu il martın 6-7-də İranda  iki ölkə arasında ticarət ələqələrinin möhkəmləndirilməsinə həsr olunmuş konfransın keçiriləcəyi gözlənilir.

İslam Respublikasının (Cümhuriyyətinin) prezidenti Mahmud Əhmədinejad Əfqanıstanın maliyyə naziri Ömər Zəhelvalla Tehrandakı görüşündə bildirib ki, ökəsi Əfqanıstanla münasibətin genişləndirilməsi üçün məhdudiyyət görmür.

İran hökumət başçısının sözlərinə görə, Tehran qonşu dövlətlərlə iqtisadi əməkdaşlığı genişləndirməyə üstünlük verir.

«İslam Respublikası Əfqanıstanın təhlükəsizliyini, ictimai-iqtisadi inkişafını dəstəkləyir. Ölkənizdə sabitlik və siyasi proseslərin təhlükəsizliyin bərqərar olması da vacibdir»-deyən, İran prezidenti «Əfqanıstandan işğalçıların tezlikləçıxmasını», idarəetməni ölkə xalqına və hakimiyyətinə verilməsinin də vacibliyini bildirib.

Əfqanıstanın maliyyə naziri öz növbəsində Tehranla Kabilin iqtisadi əməkdaşlığının genişləndiyindən, bu yöndə təmisil etdiyi hakimiyyətin də maraqlı olduğunu vurğulayıb.

Əslində nazirlə görüşündə etdiyi çıxışla  M.Əhmədinejad  martda keçirilməsi planlaşdırılan konfransın əsas xəttini bəyan edib. Başqa sözlə o, Əfqanıstana ötürülən yanacağın dayandırılmasında bir daha «haqlı» olduqlarını nazirin diqqətinə çatdırıb.

Araşdırmalara əsasən, Əfqanıstan yeraltı sərvətlərlə zəngin ölkələrdən sayılır. İran hakimiyyəti isə bu sərvətin hasil edilməsi ilə bağlı rəsmi Kabilə dəfələrlə müraicət edib.

Tehranın rəsmi məlumatına əsasən, İslam Respublikasından Əfqanıstana 1,5 milyard dollarlıq İranda istehsal olunan məhsul ixrac olunub.

Xatırladaq ki, bu yaxınlarda Əfqanıstandan olan iş adamdarı Tehran hakimiyyətindən onlara dəyən maddi ziyanı ödəməyi tələb ediblər.

Ölkənin ticarət-sənaye palatasının sədri Məhəmməd Qurban Haqcu jurnalistlərə müsahibəsində bildirib ki, İran hakimiyyətinin qanunsuz davranışı əfqan sahibkarlara milyonlarla dollar məbləğində ziyan vurub və Tehran bunu kompensasiya (xəsarətin cübranı) etməlidir.

Onun sözlərinə görə, İslam Respublikası ikitərəfli müqaviləyə tranzit və beynəlxalq anlaşmanın müddəalarına zidd fəaliyyət göstərib.

«İran hakimiyyəti indiyə kimi hər yanacaq sisterni, vizaların müddətinin uzadılması və s. bu sayaq məsələlərlə bağlı Əfqanıstan sahibkarlarını cərimələyib, onlardan qanunsuz yolla pul alıblar. Bütün bunlar Tehran hakimiyyətinin qeyri-qanuni fəaliyyətinin nəticəsidir»-deyə, palata sədri söyləyib.

Bununla yanaşı Məhəmməd Qurban Haqcu İslam Respublikasının Kabildəki səfirinin söylədiklərini də təkzib edib. O, Əfqanıstana aid yanacaqla dolu sisternlərin indyədək İranla sərhəddə saxlanıldığını bildirib.Ticarət-sənaye palatasının məlumatına əsasən, İslam Respublikası ərazisində hələ də Əfqanıstana məxsus  2 minə yaxın sistern saxlanılır.

Qeyd edək Ki, Tehranın Kabildəki səfiri Fədahüseyn Maliki bu günlərdə bəyan etmişdi ki, Əfqanıstanın bütün yanacaq daşıyan avtomobilləri sərhəddi keçib : «İran ərazisində yalnız 160 belə sistern qalıb».

Bir aydan artıqdır ki, İran hakmiyyəti tranzit xətti ilə ölkə ərazisindən İraq və Türkmənistan benzinini Əfqanıstana daşıyan 2500 tankerin hərəkətinə məhdudiyyət qoyub. İran rəsmiləri bunu həmin yanacağın NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin ixtiyarına veriləcəyindən ehtiyatlanmaları ilə izah edirdi. Rəsmi Kabil isə Tehranın iddialarını əsassız sayıb. Sədrəddin Soltan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar