SON XƏBƏRLƏR

Güney sudanlılar ayrılmağa səs veriblər

2021.10.20, 07:36
Güney sudanlılar ayrılmağa səs veriblər

Gunaz.tv

GünAzTv: Güney Sudan boyu insanlar küçələrə axışaraq şimaldan ayrılmanın referendumda rəsmi təsdiq tapmasını bayram ediblər. 

Güney Sudan Referendum Komissiyası xəbər verir ki, bu ayın əvvəlində keçirilən səsvermədə seçicilərin 98.8 faizi ayrılmağa səs verib.

Səs vermiş 3.6 milyon adamdan yalnız 16 mini vahid dövlət tərkibində qalmağın tərəfdarı olub.

Güney Sudan lideri Salva Kir Sudan prezidenti Ömər əl-Bəşiri 2005-ci ildə Sudanda vətəndaş müharibəsinə son qoyan razılığı imzaladığına və bununla da referenduma yol açdığına görə alqışlayıb. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar