SON XƏBƏRLƏR

İranda keçmiş pasdar (SEPAH üzvü) dar ağacından asıldı

2021.10.20, 07:36
İranda keçmiş pasdar (SEPAH üzvü) dar ağacından asıldı

Gunaz.tv

GünAzTv: Vaxtilə İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) daxil olan qruplardan birinə komandirlik etmiş Əbdülrza Qərabat dar ağacından asılıb.

O, yanvarın 27-də Əhvaz şəhərində edam olunsa da bununla bağlı xəbər yenicə yayılıb.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  Əhvaz məhkəməsi Əbdülrza Qərabatı 12-ci imam Həzrət Mehdi (İmam Zaman) ilə birbaşa əlaqədə olması barədə iddialar irəli sürməkdə təqsirli bilinib.

Müsəlman şiələrin inamına görə, Həzrət Mehdi sonuncu imamdır və o, gələcəkdə zühur edib bəşəriyyəti xilas edəcək.

Əbdülrza Qərabatın adının çəkilməsini istəməyən ailə üzvlərindən biri yanvarın 29-da “Əl-Ərəbiyyə” telekanalına deyib ki, keçmiş “Sepah”çı əslində İranın dini rəhbəri ayətullah Əli Xamneyini tənqid etdiyi üçün edam olunub: “Hakimiyyətin özü İmam Zamanla bağlı fikirlərə rəvac verir. İran prezidenti Mahmud Əhmədinejad dəfələrlə istər birbaşa, istərsə də dolayı yolla mediaya açıqlamasında İmam Zamanla əlaqədə olduğunu bildirib. Əgər bu günah və yolverilməz hərəkətdirsə, bəs onda niyə təkcə bizim övladımızı edam edirlər?

Biz Əbdülrzanın edam ediləcəyini gözləmirdik. Çünki o, İran-İraq müharibəsi illərində cəbhədə böyük xidmətlər göstərib, fədakarlıq edib. O, səkkiz il müharibədə düşmənə qarşı vuruşub. Əbdülrza son illərdə Susəngerd şəhərinin Came məscidində gəncləri bir yerə toplayıb onlara əxlaq dərsi verərdi. Əbdülrza həmin əxlaq dərslərinin birində çıxış

edərkən demişdi ki, İmam Zaman ayətullah Xamneyinin başçılıq etdiyi hakim sistemdən narazıdır”.

Əbdülrza Qərabatın ailə üzvü onun meyitini bu günə qədər ala bilmədiklərini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar