SON XƏBƏRLƏR

Misirdəki toqquşmalarda Azərbaycan səfirliyinin əməkdaşı həlak olub

2021.10.20, 07:36
Misirdəki toqquşmalarda Azərbaycan səfirliyinin əməkdaşı həlak olub

Gunaz.tv

GünAzTv: Misirdə baş verən iğtişaşlarda Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı həlak olub. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxovun AzadlıqRadiosuna verdiyi məlumata görə, yanvarında 29-da axşam saatlarında səfirliyin mühasibi Nicat Qocayev işdən evə qayıdarkən aldığı güllə yarasından ölüb.

Nicat Qocayev iki aydır Misir səfirliyində çalışırmış. O 1986-cı il təvəllüdlüdür.

Elxan Poluxov onun cənazəsinin təhvil-təslim sənədləri hazırlandıqdan sonra evakuasiya olunacağını bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar