SON XƏBƏRLƏR

Ermənilərin arzulamadığı səfir tezliklə Bakıya gələcək

2021.10.20, 07:36
Ermənilərin arzulamadığı səfir tezliklə Bakıya gələcək

Gunaz.tv

GünAzTv: Məlum olduğu kimi ABŞın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı səfiri rəsmən and içib.

ABŞ Dövlət Departamentdə Birləşmiş Ştatların Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayzanın andiçmə mərasimi keçirilib.

Tədbir mətbuat üçün qapalı şəraitdə baş tutub. Mərasimə ABŞ dövlət katibi Hillari Klinton və onun siyasi məsələlər üzrə müavini Vilyam Berns və Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev də qatılıb.

"Amerikanın Səsi" teleradio şirkətinin Azərbaycan redaksiyasının rəhbəri Bulud Mehmandarlının ANS-ə verdiyi məlumata görə, səfirlərin andiçməsi onların fəaliyyətə başlanğıcının göstəricisidir və bu, Birləşmiş Ştatlar konstitusiyasına (Ana yasa = Qanune əsasi) uyğun həyata keçirilir: “Səfir Metyu Brayza andiçmə zamanı vəzifəsini şərəf və sədaqətlə yerinə yetirəcəyinə, eləcə də ABŞ-ın maraqlarına xidmət edəcəyinə vəd verib. Həmçinin heç bir gilzi məqsədinin olmadığını söyləyib”.

Metyu Brayzanın iki həftə içində Bakıya gələcəyi gözlənilir. Eyni zamanda Ağ ev Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini yenidən öz qanunverici orqanının səsverməsinə təqdim edib. Qeyd edək ki, Metyu Brayza Azərbaycandakı səfir vəzifəsində Senatın əlavə təsdiqi olmadan yalnız 1 il ərzində çalışa bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar