SON XƏBƏRLƏR

Ərdəbilli idmançı öz istəyi ilə Azərbaycan yığmasına cəlb olunub

2021.10.20, 07:36
Ərdəbilli idmançı öz istəyi ilə Azərbaycan yığmasına cəlb olunub

Gunaz.tv

GünAzTv: Ağırlıqqaldırma (Vəznə bərdari) üzrə kişilərdən ibarət Azərbaycan milli komandasına (taxım) Güney Azərbaycandan yeni idmançı (vərzeşkar) cəlb olunub.

 

Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərovun Lent.az-a verdiyi məlumata görə, bu, Yusif Fuladzadədir. Ərdəbil şəhərində dünyaya gələn Fuladzadə milliyyətcə azərbaycanlıdır. 20 yaşlı ağırlıqqaldıran 105 kq çəki dərəcəsində çıxış edir. O, 2010-cu ildə keçirilmiş İran çempionatında (Qəhrəmane keşvəri) iki hərəkətin cəmində 353 kq (birdən 163 kq, təkanla 190 kq) nəticə ilə 7-ci yeri tutub. Bununla belə, Əsgərov Fuladzadənin 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya (mücəvviz) qazanacağına ümid etdiklərini bildirib.

 

Onun sözlərinə görə, bu idmançı indiyədək İran yığmasının heyətində heç bir nüfuzlu yarışda iştirak etmədiyindən, qonşu ölkənin ağırlıqqaldırma federasiyasından razılıq almağa ehtiyac yoxdur. Digər tərəfdən, Fuladzadə öz istəyi ilə Azərbaycan millisinə keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar