SON XƏBƏRLƏR

İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir

2021.10.20, 07:36
İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istəyir

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, İran Dağlıq Qarabağ münaqişəsinin həllində yenidən vasitəçilik etməyi təklif edir.

İran Parlamentinin Təbrizdən olan deputatı (millət vəkili) Məhəmməd Hüseyn Fərhəngi İRNA agentliyinə müsahibəsində qeyd edib ki, İran İslam Respublikası (Cümhuriyyət) yaxın və qonşu dövlət kimi Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır. Onun sözlərinə görə, təklifin hər iki tərəfdən qəbul olunması vaxt və mühüm qərarlar tələb edir.

 O bildirib ki, Azərbaycan və İran parlamentləri arasındakı dostluq münasibətləri ikitərəfli əməkdaşlıq və münaqişənin həlli istiqamətində mühüm amil və effektiv (təsirli) rola malikdir: “Qonşu ölkələr arasında ayrılma və bölünmə bütün regionun (bölgənin) xeyrinə deyil. Azərbaycanla İran arasında xüsusilə dini, sosial, mədəni və iqtisadi əlaqələr sahəsində hər zaman yaxın və dostluq münasibətləri olub”, - deyə o əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar