SON XƏBƏRLƏR

Avropa Birliyi İrandakı edamlar barədə etiraz bəyanatı yayıb

2021.10.20, 07:36
Avropa Birliyi İrandakı edamlar barədə etiraz bəyanatı yayıb

Gunaz.tv

GünAzTv: Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton yanvarın 27-də bəyanat yayaraq İranda edamların artmasına kəskin etiraz bildirib.

Bəyanatda deyilir ki, İrandakı edamlar faciə həddinə çatıb: "Avropa Birliyi İranda müttəhimlərə qarşı edam cəza növündən geniş istifadə edilməsinə görə dərindən narahatlığını bildirir. Hazırda İrandakı edamların sayı xəbərdarlıq həddinə çatıb. İranda ölümə məhkum olunanların ictimaiyyət qarşısında dar ağacından asılması kimi iyrənc və çirkin hərəkət davam etdirilir.

Bu isə İranın insan hüquqlarına riayətlə bağlı beynəlxalq öhdəliklərinə ziddir". "The Human Rights Watch" beynəlxalq təşkilatının hesablamalarına görə, İranda son bir ay ərzində 73 ölüm hökmü yerinə yetirilib. İran ölüm hökmlərinin icrasına görə, Çindən sonra dünyada ikinci yeri tutur.

Bu arada yanvarın 27-də İranın Kərəc şəhərinin "Qızıl hasar" zindanında saxlanılan 7 nəfər dar ağacından asılıb. Tehran məhkəməsi edam edilənləri müxtəlif narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilmişdi.

Kərəc şəhərinin prokuroru Əli Fərhadi jurnalistlərə açıqlamasında deyib ki, İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricani narkotik maddələrin qaçaqmalçılığıyla məşğul olanlarla daha kəskin və amansız davranılmasına göstəriş verib: "Bu 7 nəfərə çıxarılan ölüm hökmü də ayətullah Sadıq Laricaninin təsdiqindən sonra icra edilib".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar