SON XƏBƏRLƏR

Kürd terrorçuları yeni formada

2021.10.20, 07:36
Kürd terrorçuları yeni formada

Gunaz.tv

GünAzTv: PKK terror təşkilatının tədbiri və fars-molla rejiminin dəstəyi ilə Qərbi Azərbaycan Əyalətinin (ostan) müxtəlif bölgələrinə yerləşdirilən radikal kürd millətçiləri yerli əhali üçün təhlükə mənbəyinə çeviriliblər.

 

Onlar illərcə, Komelə, Demokrat, Xebat, Rəzqar və son zamanlar Pjak  kimi terrorçu təşkilatlar içində fəaliyyət göstərib təcrübə qazandıqdan sonra, indidə Vəhabi kimi radikal dini cəmiyyətə və Beynəlxalq Əl-Qaidə terror təşkilatına cəlb olmaqdadırlar.

 

Son zamanlar Azərbaycana mühacirət etmiş kürdlər xüsusi ilə kürd mamustaları (mollalar) arasında ağ paltar, uzun saqqal və qısa şalvarlıların sayı gözə çarpan dərəcədə artıb.

 

Son illərdə Əl-Qaidə terror təşkilatına cəlb olmuş Azərbaycandakı kürdlərində sayı artmaqdadır. Elə keçən günlərdə İran Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə, Sarı Daşda (Sərdəşt) 2 nəfər Əl-Qaidəyə bağlı kürd kökənli kişi yaxalanıb. Həmçinin İran mətbuatına görə, 2010-cu ilin dekabr ayında da 7 nəfər kürd kökənli Əl-Qaidə üzvü tutuqlanıb.

 

Qeyd edək ki, bölgənin yaxın keçmişinə bələd olan insanlar üçün çox aydındır ki, PKK və İran rejiminin bölgəni kürdləşdirmə ssenarisi belə davam edərsə yaxın gələcəkdə Azərbaycanda nələr baş verə bilər!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar