SON XƏBƏRLƏR

Evin zindanında həbsdə saxlanılan Səid Mətinpurun müalicəyə ehtiyacı var

2021.10.20, 07:36
Evin zindanında həbsdə saxlanılan Səid Mətinpurun müalicəyə ehtiyacı var

Gunaz.tv

GünAzTv: Azərbaycanlı jurnalist, İnsan Haqları müdafiəçisi cənab Səid Mətinpur iki ilə yaxındır ki, Evin zindanında həbsdə saxlanılır. O hələdə məzuniyyət (mürəxəsi) hüququndan istifadə edə bilməyib.

GünAzTv mətbuat mərkəzinin “Kələmə” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, cənab Mətinpurun səhhəti ağır vəziyyətdədir. Bu barədə həkim rəsmi olaraq öz nəzərini bildirsədə ancaq zindan məsulları onu, müalicə üçün məzuniyyətə buraxmırlar.

 

Xatırladaq ki, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 35 yaşlı Zənganlı soydaşımızı 8 il azadlıqdan məhrum edib. Səid Mətinpur xaricilərlə əlaqəyə girərək İran İslam Cümhuriyyətinin dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır. Yaxınları deyir ki, o bir neçə il əvvəl Türkiyəyə səfər edəndən sonra hakimiyyətin qəzəbinə tuş gəlib. Həbsinin əsas səbəbi isə insan haqlarıyla bağlı olan yazıları, ictimai fəaliyyətlə məşğul olmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar