SON XƏBƏRLƏR

Urmu zindanında 4 nəfər asılıb

2021.10.20, 07:36
Urmu zindanında 4 nəfər asılıb

Gunaz.tv

GünAzTv: Urmu zindanında 4 nəfər - Rüstəm Mirzayi, İsmayıl Rüstəmi, Məhəmməd Çinari və Fərhad Hatəmi dar ağacından asılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Urmu məhkəməsi edam edilən hər dörd şəxsi narkotik maddələrin satışında və qaçaqmalçılığında təqsirli bilmişdi.

 

İrandakı hüquq müdafiəçiləri bəyanat yayaraq son vaxtlar edamların sayının kəskin artmasından, ölümə məhkum edilənlərin məhkəməsinin qapalı keçirilməsindən və vəkildən məhrum edilməsindən narahat olduqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar