SON XƏBƏRLƏR

Misir hakimiyyəti paytaxta qoşun yeritdi! – VİDEO GÖRÜNTÜ

2021.10.20, 07:36
Misir hakimiyyəti paytaxta qoşun yeritdi! – VİDEO GÖRÜNTÜ

Gunaz.tv

Bu gün Misirdə müxalifətin minlərlə tərəfdarının iştirakı ilə irimiqyaslı etiraz aksiyaları gözlənilir. Bəzi məlumatlara görə, Qahirədən gedən əsas yollarda terrorçuluqla mübarizə üzrə xüsusi təyinatlı dəstələr yerləşdirilib.

Bu barədə Milli.Az xəbər portalı RBK agentliyinə istinadən xəbər yayıb.

 

Bu ərəfədə Misirin hüquq-mühafizə orqanları “Müsəlman qardaşları” islam partiyasının üç liderini həbs edib. Yerli hakimiyyət ehtimal edir ki, bu fraksiyanın (Fraksyon) üzvləri də bu günkü etiraz aksiyalarına hazırlaşa bilərlər.

 

Xatırladaq ki, Misiri xalq etirazları bürüyüb. İnsanlar korrupsiya və işsizliyə etiraz edirlər. Misir müxalifəti bəyan edib ki, qarşıdurmalar zamanı polis 9 nəfəri öldürüb, təxminən 1200 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin nümayəndələri isə 500 nəfərin saxlanılması ilə bağlı məlumat veriblər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar