SON XƏBƏRLƏR

Tehran Qarabağa turist göndərir

2021.10.20, 07:36
Tehran Qarabağa turist göndərir

Gunaz.tv

GünAzTv: İran hakimiyyətinin Azərbaycan Respublikasına (Cümhuriyyət) qarşı fəaliyyətindən Ermənistanda da yararlanmağa çalışır. Bu məqsədlə Yerevandan çeşidli xəbərlər yayılır.

«NEWS.am»-ın məlumatına görə, 2010-cu ildə Dağlıq Qarabağa 8 min turist səfər edib. Bu isə 2009-cu illə müqayisədə 30 faiz çoxdur.

«Dağılıq Qarabağ Respublikası Xarici İşlər Nazirliyi Konsulluq xidmətinin (!?-red) məlumatına əsasən MDB ölkələri vətəndaşları ilə yanaşı, Avropa Birliyi, Amerika, Asiyadan ora siyasətçilər, mədəniyyət xadimlər, idmançılar, sahibkarlar və turistlər səfər edir»-deyə, mənbə bildirib.

«NEWS.am»-ın hesablamasına görə, son iki ildə İran İslam Respublikasından da Dağılq Qarabağa gedən turistələrin sayında artım var.

Bu xəbərin gerçəkliyi nə dərəcədə əks etdirdiyi haqda fikri söyləmək çətindir. Ancaq Yerevan bununla İslam Respublikasının Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarındakı ermənilərlə iş birliyini bir daha təsdiqləyir.

Qeyd edək ki, İslam Resupblikası ilə Ermənistan arasında turizm sahəsində də inkişafın olduğu barədə tərəflər bəyan verirlər.

 

«Panarmenian»-nın məlumatına görə, Emənistanın İqtisadiyyat Nazirliyi turizm və bölgələrin iqtisadi inkişafı idarəsinin rəisi ərazi Mehak Apresyan keçirdiyi mətbuat konfransında bildirib ki, 2030-cu ilədək ildə indiki 600 min nəfərə qarşı 3 milyon turistin ölkəyə gəlməsini planlaşıdırırlar.

«Biz bu nəticəyə daha tez nail olacağıq. Fikrimcə, biz yaxın gələcəkdə böhrana  qədər ki nəticəni əldə edəcəyik. «Tatayevin qanadı» layihəsi çərçivəsində İrandan və başqa dövlətlərdən gələcək turistlərin artacağını gözləyirik»-deyə, erməni rəis söyləyib.

Onun sözlərinə görə, son 2-3 ildə İslam Respublikasından Ermənistana gələn turistlərin sayı artıb : «Cari ilin yanvar-sentyabr aylarında 80 min nəfər olub. Ötən ilin uyğun dövründə isə bu rəqəm 40 min təşkil edib».

İdarə rəisi bildirib ki, turistlər arasında keçirilmiş sorğuya əsasən onların hər biri Ermənistanda 700-800 dollar gərcləyir. Sədrəddin Soltan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar