SON XƏBƏRLƏR

“Yarpaq” qəzetinin nəşri dayandırıldı

2021.10.20, 07:36
“Yarpaq” qəzetinin nəşri dayandırıldı

Gunaz.tv

GünAzTv: Azərbaycanın ədəbi və düşüncə qəzeti “Yarpaq” da İran rejiminin gözündən yayına bilməyib və sonunda qapadıldı.

 

Hər sayısını nəşr etmək üçün müxtəlif maneələri aşa bilən qəzet işçiləri, bu dəfə İranın “Mətbuata Nəzarət Heyəti”nin səddindən bilmədilər. Artıq qəzetin fəaliyyət lesenziyası (mücəvviz = imtiyaz) adını çəkdiyimiz orqan tərəfindən ləğv edilib.

 

“Yarpaq” qəzetinin məsulları qəzetin “Mətbuata Nəzarət Heyəti” tərəfindən qapadılmasını ağır təssüflə qarşılayaraq, qanuni yollarla qəzetin nəşrinin bərpasına çalışacaqlarını bildiriblər.

 

Onların sözlərinə görə, hələlik “Yarpaq” qəzetinin 15-ci sayının elektron variantı bu yaxınlarda nəşr ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar