SON XƏBƏRLƏR

ETTELLATdan universitetdən uzaqlaşdırılmış Təbrizli öyrəncilərə təhdid

2021.10.20, 07:36
ETTELLATdan universitetdən uzaqlaşdırılmış Təbrizli öyrəncilərə təhdid

Gunaz.tv

GünAzTv: ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları təhsildən mərum edilmiş Təbrizli öyrəncilərə universitetdən bir dəfəlik vidalaşmağı tapşırıb.

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, ETTELAAT məmurları təhsildən uzaqlaşdırılmış Behnam Türkanpur, Nəvid Məhəmmədi, Vəhid Şeyxbəyli və Yunis Zareunla təmas quraraq onları təhdid edib və onlardan istəyiblər ki, dosyalarını bir dəfəlik qapatmaq üçün universitetə müraciət etsinlər.

 

Xatırladaq ki, adını çəkdiyimiz öyrəncilər naməlum səbəbdən və ancaq qanuni fəaliyyətlərinə görə, qəflətən universitetdən uzaqlaşdırılıblar. Məhz bu qanunsuzluğa görə, ETTELAAT məsələyə müdaxilə edir və heç bir yazılı sənəd vermədən telefon vasitəsi ilə onları universitetə çağırırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar