SON XƏBƏRLƏR

İran mətbuatı Ketrin Eştonun şəkilinə hicab tətbiq edib

2021.10.20, 07:36
İran mətbuatı Ketrin Eştonun şəkilinə hicab tətbiq edib

Gunaz.tv

GünAzTv: İran mətbuatı montaj yolu ilə Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun köynəyinin yaxasını onun boğazına qədər uzadıb.

Ötən həftə İstanbulda rəsmi Tehranla Qərb dövlətləri arasında aparılan nüvə danışıqlarını işıqlandıran bir sıra İran qəzetləri Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun İran nümayəndəsi Səid Cəlili ilə birlikdə çəkdirdiyi fotoşəkli montaj edib. Həmin qəzetlərdə montaj yolu ilə Eştonun köynəyinin yaxası onun boğazına qədər uzadılıb.

 

Bu həftə Ketrin Eştonun sözçüsü məsələ ilə bağlı jurnalistlərə açıqlama verib.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  sözçü deyib: “Xanım Eştonun geyimi normal olub. O, danışıqlara heç də açıq-saçıq geyimdə gəlməmişdi. İranda qadınların əksəriyyəti mükəmməl hicaba malikdir. Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq səviyyədə aparılan bu danışıqlar İranda yox, üçüncü ölkədə keçirilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar