SON XƏBƏRLƏR

Axundun evindən silah-sursat çıxdı

2021.10.20, 07:36
Axundun evindən silah-sursat çıxdı

Gunaz.tv

GünAzTv: İki  gün öncə Masallı rayon polis şöbəsinin əməkdaşları əməliyyat məlumatı əsasında Xıl kənd sakini, 56 yaşlı Fəramiz Zeynal oğlu Abbasovun evində axtarış keçirib.

Masallı RPŞ-nin (Rayon Polis Şöbəsi) əməliyyat işləri üzrə rəis müavini Əlifağa Kazımovun “Trend”-ə verdiyi məlumata görə, Fəramiz Abbasovun ev və həyətyanı sahəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı həyətdə 2 bağlama aşkarlanıb. Bağlamaların birində 20 ədəd F1 əl qumabarası, həmin qumbaralar üçün nəzərədə tutulan 20 ədəd alışqan, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq trotil şaşkası (çaşnı)  aşkarlanıb. Digər bağlamada isə 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silah üçün ümumilkdə içərisində 70 patron olan 3 ədəd sandıqça və bir ədəd “Naqan” tipli tapança aşkar edilərək götürülüb.

“Həyətə daxil olan zaman Abbasovun həyat yoldaşı əlində 1 ədəd sumka və qara polietilen salafana (naylon paketi)  bükülmüş predmeti həyətdən kənara aparmaq istəyərkən tərəfimizdən aşkar olunub. Və müvafiq sənədləşdirmə aparılıb. Araşdırmanın nəticələrindən asılı olaraq, əgər həmin cinayət əməlinin digər iştirakçıları da aşkar olunarsa, tərəfimizdən onlar haqqında da qanunamüvafiq tədbirlər həyata keçiriləcək”, - deyə rəis müavini bildirib. Fəramiz Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Masallı rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə” (228.1) maddəsi ilə cinayət işi açılıb.

Polis şöbəsindən bildirilib ki, aşkarlanan silah-sursatdan hər-hansı bir cinayətdə istifadə olunub-olunmadığı öyrənilmək üçün Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndəriləcək. Məlumata görə, Fəramiz Abbasov Masallı rayon Xıl kəndinin axundudur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar