SON XƏBƏRLƏR

Angela Merkel İranı hədələdi

2021.10.20, 07:36
Angela Merkel İranı hədələdi

Gunaz.tv

GünAzTv: “Nüvə proqramı ilə bağlı şübhələri dağıtmaq İranın vəzifəsidir”. Bu bəyanatla Almaniya kansleri (Sədr Əzəm) Angela Merkel alman diplomatlara müraciətində çıxış edib.

 

Kansler BMT (Sazemane Meləle Mottəhed) Təhlükəsizlik Şurası üzvlərinin nüvə proqramı ilə bağlı İstanbulda İranla keçirdikləri görüşlərindən irəliləmə əldə edilməməsini təəssüflə qarşılayıb. Bu barədə “Qafqazinfo”  Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 

Merkel onu da vurğulayıb ki, “İran dünya ictimaiyyətinin nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmasa, sanksiyalar davam edəcək və yeni sanksiyalar tətbiq olunacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar