SON XƏBƏRLƏR

Ermənistan Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal edib

2021.10.20, 07:36
Ermənistan Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal edib

Gunaz.tv

GünAzTv: Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu bildirib ki, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında deyil, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır. 

Ahmet Davutoğlu bu bəyanatı Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının toplantısında verib.

O, qeyd edib ki, Ermənistan ətrafında dost ölkə görmək istəyirsə, Azərbaycanı da dost qismində görməlidir.

“Ermənistan bu gün Avropa Şurasına üzv olan bir ölkənin torpaqlarının 20 faizini işğal edib. Deməli, təşkilatın əsas dəyərləri pozulub” – deyib nazir.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu iki gün öncə  Strasburqda bu bəyanatla çıxış edib.

Ahmet Davutoğlu Avropa Şurasının Parlament Assambleyasının qış sessiyasındakı çıxışının ardından Ermənistan məsələsində bu ölkədən olan parlamentarilərdən birinin sualına cavab olaraq toxunub.

Türkiyə mətbuatı nazirin bəyanatına geniş yer ayırıb.

 

Ahmet Davutoğlu qeyd edib ki, Türkiyə qonşuları ilə bütün məsələləri açıq şəkildə müzakirə etməyə hazırdır.

Ermənistanla münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların imzalanması bir çox məqsəd daşıyırdı.

Onun sözlərinə görə, mövcud problemlər bu normallaşmanın həyata keçirilməsinə maneələr yaratdı.

Ahmet Davutoğlu qeyd edib ki, Cənubi Qafqazda münasibətlərin normallaşması təkcə Türkiyə ilə Ermənistan arasında yox, Ermənistanla Azərbaycan arasında da münasibətlərin normallaşmasından asılıdır.

“Əgər siz Avropa Şurasının bütün dəyərlərinə hörmət etsəniz, əminəm ki, bir gün Avropanın bu hissəsində də sülh bərqərar olacaq. Belə olarsa, Azərbaycanla Ermənistan arasında da münasibətlər əsaslı şəkildə yaxşılaşar.” – Türkiyənin xarici işlər naziri belə deyib.

Ahmet Davutoğlunun sözlərinə görə, Türkiyə onu əhatə edən ölkələri dost kimi görür.

Əgər Ermənistan da ətrafında dost ölkə görmək istəyirsə, Azərbaycanı da dost qismində görməlidir. Bu halda Qafqazda sülh və sabitlik bərqərar olar.

Davutoğlunun sözlərinə görə, bu, Ankaranın siyasi məqsədidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar