SON XƏBƏRLƏR

Milli-mədəni fəal Hadi Piri azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Hadi Piri azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv:  Azərbaycanın milli hüquqları zəminində dinc fəaliyyət göstərən cənab Hadi Piri Miyana zindanından azadlığa buraxılıb.

 

GünAzTv mətbuat mərkəzinin “Günaz port” saytına istinadən yaydığı məlumata görə, 23 yaşlı Hadi Piri payız fəsilinin əvvəlində 350 metrlik “Türk dilində mədrəsə” şüarınını caddə kənarında gəç (şpakrovka) vasitəsi ilə yazdığından sonra tutuqlanıb.

 

O Miyananın Türkmənçay şəhərində öz ata evində yaxalanıb və Miyana zindanına aparılıb. 2 ay həbsdə qaldıqdan sonra öncəki həbsdə qaldığı müddətidə nəzərə alaraq sərbəst buraxılıb.

 

Adını çəkdiyimiz milli-mədəni fəal yaxalandıqdan sonra Miyananın İnqilab Məhkəməsində mühakimə edilib. O məhkəmə tərəfindən  ölkə təhlükəsizliyi pozmaq, rəhbəri təhqir etmək, sistemin əleyhinə təbliğ, milli təhlükəsizliyi pozmağa cəhddə ittiham edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar