SON XƏBƏRLƏR

Güney Azərbaycanlı şair və jurnalist dünyasını dəyişib

2021.10.20, 07:36
Güney Azərbaycanlı şair və jurnalist dünyasını dəyişib

Gunaz.tv

GünAzTv: Azərbaycanın məşhur satirik şairi (tənz yazan) və jurnalisti Məcid Səbbağ Yalqız yanvarın 24-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, 1937-ci ildə Təbrizin Çaykənar məhəlləsində anadan olan Məcid Səbbağın ictimai-siyasi və tənqidi məzmunlu satirik əsərləri uzun illər Təbrizdə iki dildə - Azərbaycan və fars dillərində çıxan “Əsri Azadi” (Azadlıq dövrü) qəzetindəki “Söz alan, söz satıram” bölməsində dərc olunub.

 

Özünə Yalqız ləqəbini götürmüş şairin satirik əsərlərindən ibarət üç kitabı (“Cığan-vığan”, “Çığır-bağır” və “Çalhaçal”) işıq üzü görüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar