SON XƏBƏRLƏR

Urmuda 7 şadlıq evi qapadıldı

2021.10.20, 07:36
Urmuda 7 şadlıq evi qapadıldı

Gunaz.tv

GünAzTv: Qərbi Azərbaycan Əyalətində (ostan) 7 şadlıq evi (talar), əyalətin ümumi təhlükəsizlik polisi tərəfindən qapadılıb.

 

Məlumata görə, şadlıq evlərinin sahibləri hökumət tərəfindən lesenziyaya (mücəvviz) malik olsalarda, bu polislərə mane ola bilməyib.

 

Polislər şadlıq evlərinin qanunda nəzərdə tutulan saatdan sonra fəaliyyət göstərdiklərini bildirib və bu səbəbdən onları bağladıqlarını bəyan ediblər.

 

Qeyd edək ki, Güney Azərbaycanda getdikcə güclənən milli hərəkat özünü toy, yas və hər bir ümumi yerdə göstərməkdədir. Ümumi məkanlarda milli hüquqlar dilə gətirilir və ana dilimizdə şeirlər səsləndirilir. Şadlıq evlərinində bu səbəbdən qapadıldığı güman edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar