SON XƏBƏRLƏR

Qarabağla Qıbrıs problemləri köklü şəkildə bir-birindən fərqlənir

2021.10.20, 07:36
Qarabağla Qıbrıs problemləri köklü şəkildə bir-birindən fərqlənir

Gunaz.tv

GünAzTv: Quzey Qıbrısın Demokrat partiyasının sədri Sərdar Denktaş ANS-ə müsahibəsində belə deyib.

 

"Qarabağ və Qıbrıs problemləri arasında president axtarmaq cəhdləri düzgün deyil. Bu problemlər köklü şəkildə bir-birindən fərqlənir". Bunu Quzey Qıbrıs Türk Cumhuriyyətinin Demokrat Partiyasının sədri, uzun illər Qıbrıs danışıqlarının iştirakçısı olmuş Sərdar Denktaş ANS-ə müsahibəsində bəyan edib.O bildirib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və işğal edilib, insanlar oradan köçkün düşüb. "Qıbrısda isə ada bütünlükdə nə sadəcə Qıbrıslı yunanın, nə də Qıbrıslı  Türkündür, ikimizin müştərək torpağı idi bura. Biz Quzey torpaqlarını işğl etməmişik. Bu ada üzərində işğal edilmiş tək bir şey var, o da 1960-cı ildə var olan, Qıbrıslı türklərin haqqlarıdır, yunan işğalı altındadır. Qarabağla bunun hər hansı bir eyniliyi yoxdur”, - deyə Sərdar Denktaş vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar