SON XƏBƏRLƏR

Türkiyədə siyasi ortam gərginləşir

2021.10.20, 07:36
Türkiyədə siyasi ortam gərginləşir

Gunaz.tv

GünAzTv: Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğan onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının Hizbullah təşkilatı ilə əməkdaşlıq etdiyinə dair ana müxalifət liderinin ittihamlarını qətiyyətlə rədd edib.

Türkiyədə iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi gərginlik artır.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Ana müxalifət lideri Kamal Kılıçdaroğlunun hakim AK Partiyanı Hizbullah təşkilatı ilə əməkdaşlıqda ittiham etməsi baş nazir Rəcəb Tayyib Erdoğanın kəskin bəyanat verməsinə səbəb olub.

Türkiyədə son günlər iqtidar və müxalifət partiyalarının liderlərinin qarşılıqlı ittihamları getdikcə sərtləşir.

Baş nazir Rəcəb Tayyib Erdoğan ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasnın sədri Kamal Kılıçdaroğluna qarşı kəskin bəyanatla çıxış edib.

Buna səbəb Kılıçdaroğlunun hakim Ədalət və İnkişaf Partiyasının seçkilərdə Hizbullah təşkilatı ilə əməkdaşlıq etdiyinə dair iddiaları olub.

Erdoğan Bazar günü jurnalistlərlə söhbət zamanı bu ittihamı qətiyyətlə rədd edib.

Bu dəfə jurnalistlər Ərdoğanın bəyanatını şərh etməsi üçün Kamal Kılıçdaroğluna müraciət ediblər.

Ana müxalifət lideri baş nazirdən fərqli olaraq səsinin tonunu yüksəltməsə də, onun bəyanatının sərtliyi heç də Ərdoğanın sözlərindən geri qalmayıb.

Kamal Kılıçdaroğlu baş nazirə xəstəxanaya müraciət etməyi məsləhət görüb.

Müşahidəçilər Türkiyədə iyunun 12-ə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca siyasi liderlərin qarşılıqlı bəyanatlarının bəzən siyasi etika çərçivələrindən kənara çıxmasından narahatlıqlarını bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar