SON XƏBƏRLƏR

Qəzvində minlərlə soydaşımız öz əmək haqlarını ala bilmirlər

2021.10.20, 07:36
Qəzvində minlərlə soydaşımız öz əmək haqlarını ala bilmirlər

Gunaz.tv

GünAzTv: İranda xüsusi ilədə Güney Azərbaycanın müxtəlif bölgələrində əhali işsizlik və bahalıqdan əziyyət çəkir. Onların bir qismi hətta işlədikləri işin qarşılığında öz əmək haqlarını belə ala bilmir.

 

Hazırda Güney Azərbaycanın Qəzvin şəhəri və ətraf bölgələrində 6000 nəfər sadə işçi öz əmək haqqını ala bilmir. Onlar 50 müxtəlif iş yerində işləyiblər. Onların 1 aydan 38 aya qədər maaşları (əmək haqqı) ödənilməyib.

 

Bu barədə İranın İş üzrə islami şuralarının ali ocağının üzvü və Qəzvin əyalətinin (ostan) iş üzrə islami şuralarının əlaqələndirmə ocağının sədri vənab Məhəmməd Əhmədi bildirib.

 

Onun sözlərinə görə, Qəzvin əyalətində 50 istehsalçı şirkətin, işçilərin əmək haqqını ödəməkdə problemi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar