SON XƏBƏRLƏR

İranda azərbaycanlı vəkillərə qarşı təzyiqlər artıb

2021.10.20, 07:36
İranda azərbaycanlı vəkillərə qarşı təzyiqlər artıb

Gunaz.tv

GünAzTv: Son zamanlar İran İslam Cümhuriyyətində azərbaycanlı vəkillərə qarşı təzyiqlər yeni vüsət alıb.

 

Buna cənab Nağı Mahmudinin vəkillik lesenziyasının (mücəvviz) müddətinin uzadılmaması,Məhəmmədrza Fəqihinin məhkəməyə çağırılması və Hutən Kəyanın tutuqlanmasını nümunə göstərmək olar.

 

GünAzTv mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, Hutən Kəyan 2010-cu il oktyabr ayının 10-da (1389-cu il mehr ayının 18-i) tutuqlandıqdan bir gün sonra onun evində və ofisində axtarış aparılıb. O 1 gün  saib xiyabanının polisində saxlanıldıqdan sonra Evin zindanına göndərilib. Vəkil bu müddətdə gecə gündüz işgəncə edilib və sorğu-suala tutulub.

 

Məlumata görə, işgəncələr altında vəkilin 10 dənə dışı və burnu qırılıb. Onun ayaqları arasında 50 dəfə siqar söndürülüb.70 günə yaxın təknəfərlik kamerada saxlanılan müttəhimə ancaq səhərləri bir az yemək verilib. 40 kilo çəki itirib. O bu müddətdə xəstəxanaya aparılmayıb ancaq məcburiyyət qarşısında öz daxili poliklinikalarında 7 gün həkim nəzarətində saxlayıblar. Bu müddətdə onun hansısa görüş, kitab və qəzet oxumaq kimi hüququda olmayıb. Onun Bank hesabıda qapadılıb.

 

Cənab Hutən Kəyan milli təhlükəsizliyi pozmaq, sistemə qarşı qruplaşmalarla irtibat, sistemin əleyhinə fəaliyyət, ictimai rəy formalaşdırmaq, ümumi asayişi pozmaq və ... ittiham edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar