SON XƏBƏRLƏR

İstanbul görüşü nəticəsiz sona çatdı

2021.10.20, 07:36
İstanbul görüşü nəticəsiz sona çatdı

Gunaz.tv

GünAzTv: İstanbulda 5+1 ölkələri ilə İran arasında keçirilən müzakirələrdə heç bir nəticə əldə olunmadı.

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Aşton İranın ön şərtlərinin qəbul edilməz olduğunu söyləyib. Aşton İstanbula praktik təkliflərlə gəldiklərini və bu təklifləri İrana təqdim etdiklərini deyib. Hər hansı ön şərt irəli sürmədiklərini bildirən AB ) Avropa Birliyi) təmsilçisi anlaşma üçün hər cür səyi göstərdiklərini vurğulayıb.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, İranın müzakirə masasına ön şərtlərlə oturduğunu deyən Aşton təkliflərinə irandan cavab gözlədiklərini söyləyib.

Ketrin Aşton İranla yeni bir müzakirə planlaşdırmadıqlarını, ancaq qapılarının da hər zaman açıq olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar