SON XƏBƏRLƏR

Türkiyə Osmanlı dövlətinə aid çox mühüm sənədlər açıqlayıb

2021.10.20, 07:36
Türkiyə Osmanlı dövlətinə aid çox mühüm sənədlər açıqlayıb

Gunaz.tv

GünAzTv: Ermənilərin türklər əleyhinə ABŞ-da (Amerika Birləşmiş Ştatları) fəaliyyətə 1839-cu ildə başladıqları məlum olub.

Türkiyə Dövlət Arxivləri Baş İdarəsi tərəfindən nəşr olunan Osmanlı sənədləri, ABŞ-da yaradılan erməni təşkilatlarının Osmanlı əleyhinə fəaliyyətdə olduqlarını, mitinqlər keçirdiklərini, qəzetlərdə xəbərlər çap etdiklərini və pul yığdıqlarını aşkara çıxarır. Həmin sənədlərin birində protestant (etirazçı) ermənilərin təşkil etdikləri bir mitinqdə “Osmanlı dövlətində qiyam qaldıraraq xristian millətlərin diqqətini ermənilərə yönəltmək qərarı alındığı”, digər sənəddə isə o dövrdə Vaşinqton səfirinin “ermənilər Anadoluda dinclik və asayişi yenidən pozarlarsa, bu məsuliyyətin böyük qisminin bəzi amerikalıların üzərinə düşəcəyi”ni ABŞ xarici işlər nazirinə çatdırdığı məlum olur. 

Dövlət Arxivləri Baş İdarəsinin nəşr etdiyi iki cildlik “Osmanlı Sənədlərində erməni-amerikan əlaqələri” adlı əsərlərdə ermənilərin 1839-cu ildən 1919-cu ilə qədər ABŞ-da türklər əleyhinə göstərdiyi fəaliyyətlərlə bağlı 190 sənəd var. itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar