SON XƏBƏRLƏR

Astarada da İslam Partiyası üzvünün evində silah-sursat tapıldığı bildirilir

2021.10.20, 07:36
Astarada da İslam Partiyası üzvünün evində silah-sursat tapıldığı bildirilir

Gunaz.tv

GünAzTv: İslam Partiyasının Astara rayon Təşkilatının sədri Ruhulla Axundzadənin həyətində silah-sursatın aşkarlandığı bildirilir.Bu barədə “Azadlıq Radiosu” Daxili İşlər Nazirliyinə instinadən  məlumat yayıb.Məlumatda deyilir ki, həyətdəki yardımçı təsərrüfatda 1 tapança, 4 avtomat (xodkar işləyən silah), 9 ədəd də qumbara aşkar edilib. Məlumatda həmçinin, orada alışdırıcı, trotil şaşkası (çaşni) və müxtəlif çaplı güllələrin də tapıldığı bildirilir. Bundan əvvəl də İslam Partiyasının daha bir neçə üzvünün evində silah-sursatın tapılması haqda rəsmi məlumatlar yayılmışdı. Ancaq vəkilləri iddia edirdilər ki, bu silah-sursat məqsədli şəkildə müdafiə etdikləri şəxslərin evlərinə atılıb.İslam Partiyası dövlət qeydiyyatından keçməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar